- Köhnə - Cəmiyyət
- 28 Mart 2018 13:20
- 3 160
Bakıda mənzildə qadın meyiti aşkarlandı

Bakının Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən AzNews.az-a verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1961-ci il təvəllüdlü Batıyeva Aidə Aydın qızının meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.