Elza Orucova, Azərbaycan Tibb Universitetin dosenti, tibb üzrə fəlsəfə doktoru Elza Orucova, Azərbaycan Tibb Universitetin dosenti, tibb üzrə fəlsəfə doktoru

Qripin müalicəsi kaqosellədir - Mütəxəssis rəyi

Elza Orucova, Azərbaycan Tibb Universitetin dosenti, tibb üzrə fəlsəfə doktoru

"Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən, sonra qulağını qoyur döşünə və deyir ki, "sənin azarın məsələn, qızdırmadır, yainki boğaz ağrısıdır”. Əgər həkim bu sözləri deyəndən sonra durub getsə və azarlıya bir müalicə yolu göstərməsə, biz həkimə çert qəpik də vermərik. Amma həkim azarlının azarnı biləndən sonra qızdırmaya xinə verir, bogaz ağrıyanın boğazına ”yod”, yaralının yarasına "yodoform” sürtür, xolera tutana "butin” davası verir. Bu davaların cümləsi bir növ zəhərdir ki, azarlının bədəninə daxil olduqda naxoşlugun mikroblarını, yəni naxoşluga səbəb oıan həşəratı puça çıxardır ki, axırda azarlı şəfa tapır. Lazımdır, mikrobları xəstənin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökməklə azarlı şəfa tapa bilər, nə də dua yazmaqla!” Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin” jurnalından (2 mart 1908, ixtisarla verilir).

Yoluxucu xəstəliklər üzrə bir mütəxəssis kimi böyük fikir sahibinin həkim fikrinə heyranam! "Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, satirik yazıçı, qüdrətli dramaturqun 110 il öncə bütün sahələrə aid ediləcək böyük fikirləri yoluxucu xəstəliklərə münasibətdə də müasir zamanla misilsiz dərəcədə həmahənglik təşkil edir! Sanıram ki, böyük ədib o dövrdə "qızdırma və ya boğaz ağrısı” dedikdə anginadan əlavə, məhz indi də xalq arasında ”soyuqdəymə” kimi tanınan, lakin tibbi termin kimi işlənilməyən "kəskin respirator virus infeksiyalarını”, xüsusən qripi də nəzərdə tuturmuş... Diqqət cəlbedici məqam odur ki, o, mikrobiologiya elminin təlim kimi yenicə təşəkkül tapdığı zamanda Şərq aləmində (bəlkə də ilk dəfə!) çağdaş tibbi terminlə ifadə etsək, bu xəstəliklərin etiologiyasında mikrorqanizmlərin həlledici rolunu və türkəçarə yox, onları məhv edən və ön planda gedən etiotrop müalicəni vurğulamışdır. Bəli, qrip virusunu da bədəndən kənar etmək etmək lazımdır! Allah sənə rəhmət etsin, Mirzə Cəlil!

Qrip və digər kəskin respirator virus infeksiyaları (KRVİ) hələ də yüksək səviyyədə qalmaqda davam edir. Dünyada hər il bir neçə milyon insan pnevmoniya ilə ağırlaşma daxil olmaqla bu infeksiyalardan ölür.

Tarixə varsaq, 1918-1920 – ci illərdə 20 mln-dan artıq insanın ölümünə qucaq açan məşhur pandemik ”ispanka” qripi haqqıda danışmaq olduqca acınacaqlıdır. Belə ki, ölüm elə surətlə baş verirdi ki: "Insan səhər tezdən tam sağlam ola bilər, günorta bir dəfə asqıra bilər, gecəyə yaxın artıq tabut sifariş verirdilər”.

Qrip virusu respirator traktın epitel hüceyrələrində elə sürətlə artıb çoxalaraq onu zədələyir ki, məşhur bir həkim virusun epitel qişada törətdiyi zədələnmələri "cəngəllik yanğınına” bənzətmişdir. Ona görə də KRVİ əlamətlərindən hər hansı birini müşahidə etdikdə ilk dəfə başlandığı vaxtı qeydə alıb dərhal həkimə müraciət etmək lazımdır, çünki bu müalicəyə qədər veriləcək qərarlara təsir edə bilər.

Klassik mövsümü qrip tipik hallarda yüksək hərarət, ifadəli intoksikasiya (baş ağrısı, baş gicəlləməsi, göz almalarında ağrı, artan zəiflik, əzələ, oynaq və sümüklərdə ağrılar), quru öskürək, burnun tutulması, zökəm, boğazda göynəmə kimi parlaq olmayan kataral sindromla və qəfləti başlanğıcla səciyyələnir. Elə burada qeyd etmək mühümdür ki, "influnze” kimi tanınan qrip sözünün ilkin mənşəyi ”keçi burnu” deməkdir, keçilərin burnu çox vaxt selikli olur və mütəmadi olaraq selik axır.

Hazırda qrip və digər KRVİ-in müalicə və profilaktikası üçün bir neçə qrup virus əleyhinə preparatlar tövsiyə edilir: neyraminidaza ingibitorları, interferonlar, interferonların induktorları, arbidol, inqavirin, anaferon, erqoferon və s.

Hər bir praktik həkim gündəlik əməli fəaliyyətində KRVİ-li xəstələrin müalicəsi üçün seçim preparatı problemi ilə qarşılaşır. Bu zaman onların universal təsirliliyi, virus əleyhinə və immunomoduləedici effektin birgə mümkünlüyü, toksikliyin olmaması, minimal yanaşı təsirlər, preparata qarşı rezistentliyin olmaması, peroral (ambulator) qəbulu, qiymətin münasibliyi nəzərə alınmalıdır.

Selektiv təsirli virus əleyhinə preparatların əsas çatışmazlıqlarını nəzərə alaraq, son zamanlar qeyri-selektiv antiviral vasitələrə üstünlük verilir. Qrip və KRVİ-in müalicə və profilaktikasında müxtəlif qrupdan olan preparatlar istifadə edilir, bunların içərisində əhəmiyyətili dərəcədə üstün olanı interfeon induktorlarıdır. Sonuncuların sırasına ən son nəsil sayılan, əsasən bitki xammalı olan pambıq kolundan alınan, heç bir toksik, yanaşı təsirləri olmayan kaqosel aiddir. Kaqosel yuxarıda sadalanan keyfiyyətlərə hərtərəfli cavab verən maksimal effektli müalicə və profilaktik vasitədir.

Kaqosel Rusiyada istehsal olunan orijinal preparatdır. Onun qrip və digər KRVİ-li böyük yaşlı və 3 yaşdan yuxarı uşaqların müalicə və profilaktikasında istifadəsi göstərişdir. Əks göstərişləri: 3 yaşdan kiçik uşaqlara olmaz, hamilə qadınlar, malabsorbsiya sindromu (laktoza çatışmazlığı), fərdi dözülməzlik.

Kaqoselin üstünlüyü ondan ibarətdir ki, konkret etioloji agentdən asılı olmayaraq ifadəli terapevtik və profilaktik effekt verdiyinə görə qrip və müxtəlif KRVİ-in, o cümlədən paraqrip, adenovirus, rinovirus, reovirus, respirator-sinsitial və s. infeksiyaların müalicə və profilaktikasında həm ambulator klinik təcrübədə, həm də stasionarda uğurla istifadə edilə bilər. Eyni zamanda o həm ağırlaşmamış, həm də ağırlaşmış, xüsusən virus infeksiyası fonunda inkişaf edən II-li bakterial ağırlaşmaların kompleks müalicəsində də tövsiyə olunur.

Kaqoseli qrip və digər KRVİ-in kompleks terapiyasında istifadə edilən antibiotiklər, immunomodulyatorlar, digər antivirus vasitələr və simptomatik vasitələrlə birgə təyin etmək olar, başqa sözlə ifadə etsək, onlarla yaxşı uzlaşır, yəni additiv effekt verir və ən başlıcası isə qəbulu zamanı virus rezistentliyi formalaşmır.

Onun virus əleyhinə təsirinin səviyyəsi yalnız ÜST tərəfindən pandemik virusun müalicə və profilaktikasında tövsiyə edilən oseltamivirin antivirus təsiri ilə müqayisə edilə bilər.

Kaqosel xəstəliyin başlanğıcından qəbul edildikdə onun klinik effektliyi özünü qızdırma, intoksikasiya və kataral sindromlarının minimallaşmasi ilə göstərir. Belə ki, onun ifadəli terapevtik təsiri özünü aşağıdakı klinik meyarlarla büruzə verir: qızdırmalı dövrün qısalması, intoksikasiya əlamətlərinin (baş ağrısı, baş gicəllənməsi, zəiflik), kataral simptomların azalması (öskürək, zökəm, boğazda ağrı), ağız-udlaqda (anginada) iltihabi dəyişiliklərin itməsi və s.

Onun klinik və laborator göstəricilərə (qan və sidiyin ümumi analizi, qanın biokimyəvi müayinəsi) heç bir toksiki və yanaşı təsirləri yoxdur, həmçinin hüceyrə və humoral immunitetin göstəricilərinə immunodepressiv təsir göstərmir.

Kaqosel xəstəliyin nisbətən gec dövrlərində də qəbul edilə bilər. Digər virus əleyhinə vasitələrdən fərqli olaraq, kaqoseli nisbətən gec qəbul etdikdə, yəni xəstəliyin başlanğıcından 4-cü günə qədər (96 saata qədər müddətdə) effektivlidir (digər preparatları məsələn, oseltamiviri heç də həmişə ilk 48 ərzində istifadə etmək olmur).

Kaqosel hər kəs üçün faydalıdır, həm müalicə edir, həm də respirator infeksiyaların yaranma riskinin azaldır!

Özünüzün və ətrafdakılarınızın həyatını risk altına qoymayın!

Kaqoselllə kəskin respirator virus infeksiyalarından güclü olun!