- Köhnə - Cəmiyyət
- 29 Mart 2018 17:39
- 6 021
“Azercell”dən bədbəxt hadisə ilə bağlı açıqlama
“Bu gün mətbuatda Yardımlı rayonunun Zevin kəndində qeydə alınan və 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlununun ölümü ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar kədərləndiyimizi bildirir və həmvətənimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk. Eyni zamanda “Azercell Telekom” MMC olaraq rəsmi şəkildə bildiririk ki, hadisə “Azercell Telekom” MMC-yə aid avadanlıqlar olan ərazidə baş verməyi”.
Bu barədə AzNews.az-a Azercell Telekom MMC-nin Mətbuat Xidməti məlumat verib. Mməlumatda bildirilir ki, ümumiyyətlə həmin ərazidə şirkət tərəfindən hər hansı təmir işləri aparılmayıb: “Loginet” MMC və yaxud Quliyev Xasay Ağakərim oğlu ilə “Azercell Telekom” MMC arasında əməkdaşlıq münasibətləri mövcud deyil, “Loginet” MMC “Azercell Telekom” MMC üçün heç bir xidmətin yerinə yetirilməsinə cəlb olunmayıb. Əlavə olaraq qeyd edək ki, 25.03.2018-ci il tarixdən bu günə qədər qeyd olunan sahədə “Azercell Telekom” MMC-yə məxsus radio baza stansiyanın fəaliyyəti generator vasitəsilə təmin edilib”.