- Köhnə - Cəmiyyət
- 5 Aprel 2018 12:21
- 4 460
Təcili yardım gücləndirilmiş rejimə keçəcək
Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan Prezident seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Trend-in məlumatına görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, təcili yardımın bütün işçiləri iş başında olacaq: "Hər bir çağırışa çevik cavab verəcəyik".
AzNews.az