Sevdiyinə görə oxuyub-yazmağı öyrəndi - 12 kitab yazdı

Türkityənin Sirt vilayətində yaşayan, bədəninin 90 faizi fiziki əngəlli olan Abbas Karabulut göstərdiyi əzm ilə hər kəsi heyran qoyub.

AzNews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, o, uşaq vaxtı vurulan səhv iynə nəticəsində sağlamlığını itirib. Lakin Karabulut 2009-cu ildən bu günə kimi 12 kitab yazıb.

bu kitablardan biri ingilis dilindədir, 6-sı isə şeir kitabıdır. Məktəbə getməyən Abbas öz əzmi ilə oxuyub-yazmağı öyrənib.

O belə qeyd edir: "İllər öncə birinə aşiq oldum. Duyğularımı, sevgimi şeirlərimə tökdüm, sonra da oxuyub-yazmağı öyrəndim".