- Köhnə - Cəmiyyət
- 6 Aprel 2018 09:56
- 4 631
İcbari Sığorta Bürosunun Himayəçilik Şurasının sədri dəyişib
İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasına (HŞ) yeni sədr təyin edilib.
"Report" xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta vasitəçilərinə nəzarət sektorunun müdiri Aqşin Əlizadədir.
O, HŞ-nın sədri vəzifəsində "AXA MBask" Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin I müavini Lana Çingizovna Gözəlovanı əvəz edib. Xatırladaq ki, "AXA MBask" rəsmisi bu vəzifəni 2016-cı ilin dekabr ayından icra edirdi.
AzNews.az