- Köhnə - Cəmiyyət
- 7 Aprel 2018 12:43
- 4 688
Abşeronda əhali arasında ən çox bu xəstəliklər yayılıb - Siyahı
Abşeron rayonunda əhali arasında ən çox rast gəlinən öd kisəsinin iltihabi, (Xroniki xolesistit), qalxanvari vəz və digər xəstəliklərdir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, dispanserizasiya ayı müddətində Abşeron rayon poliklinikasında 1908 nəfər USM müayinəsindən keçib.
Abşeron rayon Uşaq Poliklinikasında isə 590 nəfər uşaq USM müayinəsindən keçib. 2 yaşa qədər uşaqlarda ən çox aşkarlanan xəstəliklər kriptorxizm, hidrosele, məktəbəqədər uşaqlarda boyun limfa düyünlərinin limfadeniti və digər xəstəliklərdir.
AzNews.az