- Köhnə - Cəmiyyət
- 8 Aprel 2018 12:20
- 4 268
Münsterdə baş vermiş hadisədə ölən və yaralanan Azərbaycan vətəndaşı yoxdur - Xarici İşlər Nazirliyi
Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H. Hacıyev deyib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.
Qeyd edək ki, aprelin 7-də Almaniyanın Muenster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.