5 yol qəzası olub - 1 ölü, 13 yaralı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların da 20-i “isti izlər”lə açılıb.

AzNews.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində isə 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.