- Köhnə - Cəmiyyət
- 10 Aprel 2018 10:29
- 3 750
Göldə batan şəxsin meyiti tapıldı

Sumqayıt şəhərində göldə batan şəxsin meyiti tapılıb.
"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində süni göldə batan, Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynbala oğlunun meyiti bir neçə gün davam edən axtarışlardan sonra tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
AzNews.az