- Köhnə - Cəmiyyət
- 10 Aprel 2018 14:25
- 4 169
FHN ağır qəza ilə bağlı məlumat yaydı
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində “VAZ” və “Mercedes” markalı iki minik avtomobilin toqquşması barədə məlumat daxil olub.
FHN-dən AzNews.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.