Sumqayıtda itkin düşən idmançıların axtarışına helikopter cəlb edildi

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a bildirilib ki, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Bildirək ki, aprelin 21-də Qafqazinfo saytı onların günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollandığı barədə məlumat yayıb.

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.