- Köhnə - Cəmiyyət
- 27 Aprel 2018 13:10
- 5 441
"Abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarif olacaq"
Abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması maksimum 5 gün çəkir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə "Azərişıq" ASC-nin “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.
E.Rüstəmli qeyd edib ki, qanunda bu müddət 15 gün müəyyən edilib:
"Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir".
"Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib:
"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".
AzNews.az