- Köhnə - Cəmiyyət
- 28 Aprel 2018 22:45
- 5 058
Bəzi saytlar yüksək məbləğdə cərimələnə bilər - Təklif
"Son günlərdə mediada kifayət qədər dezinformasiya yayılır. Artıq mediada yayılan dezinformasiyanın qarşısının alınması istiqamətində tədbirlər görülür".
AzNews.az xəbər verir ki, bunu Sfera.az-a "Jurnalistlərin Həmkarlar İttifaqı"nın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
O bildirib ki, artıq bu problemlə əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası tərəfindən Milli Məclisə müraciət edilib:
"Yanlış informasiya verən saytlar və onların təsisçiləri yüksək məbləğdə cərimələnməli, cəzalandırılmalıdır. Artıq Mətbuat Şurası tərəfindən Mill Məclisə təkliflər vermişik. Bal sistemi ilə yüksək məbləğdə cərimə təklif edirik".