"2 kilometrlik uzun düzlüklər Bakı trasını unikal edir. Bu heç bir avtodromda yoxdur. " "2 kilometrlik uzun düzlüklər Bakı trasını unikal edir. Bu heç bir avtodromda yoxdur. "

"Bakı şəhər halqaları arasında ən maraqlısıdır" - Aleksey Popov

"2 kilometrlik uzun düzlüklər Bakı trasını unikal edir. Bu heç bir avtodromda yoxdur. "

Bu fikirləri Rusiyanın Formula 1 səsi, "Matç Tv"nin əməkdaşı, məşhur jurnalist Aleksey Popov AzNews.az-a bildirib. Onun sözlərinə görə, ötən il də ən yaddaqalan çempionat Bakı baş tutmuşdu"

"Mövsüm ərzində keçirlən 21 yarışdan 3-ü şəhər halqasıdır. Bu şəhər halqalarından hər üçü bir-birindən fərqlənir.

Monako trası tarixi və kiçik şəhər halqasıdır. Təpəciklərin üzərində qurulmuş ensiz Monako trasında döngələrin sürəti də aşağıdır. Burada ötmələr az-az hallarda müşahidə olunur. Daha əvvəl yarışların keçirildiyi Valensiya, hazırki Sinqapur və Bakı şəhər halqası isə bir-birinə bənzəyir. Çünki bu traslarda uzun düzlüklərin sayə çoxluq təşkil edir.

Yarış axşam radələrində keçirildiyindən, Sinqapurda mənzərə ecazkardı. Lakin, uzun düzlüklərə baxmayaraq Sinqapurda da ötmələrin sayı bir o qədər də çox olmur. Bu da yarışı maraqsız edir. Həmçinin, havanın yüksək rütubətli və isti olması da pilotlara fiziki cəhətdən çətinlik törədir.

Bakı da Sinqapur kimi böyük şəhərdir. Doğrudur, şəhər halqası olduğu üçün mərkəzi yollar müvəqqəti olaraq bağlanır. Bu səbəbdən şəhər sakinləri bir neçə günlük çətinliklərlə qarşılaşırlar. Lakin, yarışa görə bütün dünyanın diqqəti Bakıya fokuslanır. Yarış ərzində biz İçəri şəhərin ətrafındakı möhtəşəm planı görürük.Bu isə şəhərin piarı və turizmin inkişafı üçün çox önəmlidir.

Düşünürəm ki, Bakı şəhər halqaları arasında ən maraqlı olanıdır. 2 kilometrlik uzun düzlüklər Bakı trasını unikal edir. Bu heç bir avtodromda yoxdur. Məhz bunun sayəsində biz əsl rəqabətin şahidi oluruq. "