- Köhnə - Cəmiyyət
- 30 Aprel 2018 13:58
- 7 463
Rövşən Rzayev direktoru işdən çıxardı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.
AzNews.az Report-a istinadən xəbər verir ki, Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib.
Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb.