5 min manat tapan şagird: “Razı olmadım...”

AzNews.az saytı Tovuz rayonunda orta məktəb şagirdinin küçədən 5 min manat tapması ilə bağlı yeni məlumat əldə edib

Əyyublu kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, küçədən 5 min manat tapan İdris Abbasov “Tovuz” qəzetinin baş redaktor müavini Ramiz Çıraqlının nəvəsidir:

“5 min manat bükülü şəkildə yerə düşübmüş. Pulun sahibi Aida adında qadındır, mağazaya alış-veriş üçün gedirmiş. O, bankomatdan pul çıxarıb, 5 min manatın üstünə qoyanda, necə olubsa, pul cibindən düşüb. Həmin vaxt ordan keçən İdris də pulu tapıb. Pulun üstündə də sahibinin adı yazılıbmış. Beləcə, İdris pulu sahibinə çatdırıb. Aida xanım isə bunun qarşılığında İdrisə pul təklif edib. Lakin İdris pulu götürməkdən imtina edib, deyib ki, “mənə heç nə lazım deyil”.

Qeyd edək ki, Tovuz rayonunda məktəbli küçədən 5 min manat tapıb. Rayonun Əyyublu kənd sakini Abbasov İdris tapdığı pulu sahibinə qaytarıb.

Bahar RÜSTƏMLİ
AzNews.az