- Köhnə - Cəmiyyət
- 30 Aprel 2018 15:26
- 4 362
Göyçayda təbiətə dörd min manatdan artıq ziyan vurulub - Foto
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
Bu barədə AzNews.az-a ETSN-nin mətbuat xidmətindən məlumat verilib.
Keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib.
Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.
