Yeni nazir qəbul keçirib

30 aprel 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak arasında görüş keçirilib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, görüş zamanı meşələrin mühafizəsi sahəsində idarəetmə sisteminin optimallaşdırılması, su bioresurslarının davamlı idarə edilməsi və ekoturizmin inkişafı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində ETSN ilə FAO arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.