Dövlət Sərhəd Xidmətinin əməkdaşları 5 əcnəbinin dövlət sər­hə­di­ni pozmasının qarşısını alıblar. Dövlət Sərhəd Xidmətinin əməkdaşları 5 əcnəbinin dövlət sər­hə­di­ni pozmasının qarşısını alıblar.

5 əcnəbi sərhədi pozmaq istəyəndə saxlanıldı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları 5 əcnəbinin dövlət sər­hə­di­ni pozmasının qarşısını alıblar.

DSX-nın Mətbuat Mərkəzindən AzNews.az-a verilən məlumata görə, hadisə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Belə ki, aprelin 26-da Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunub və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbay­candan İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaşları - 1987-ci il təvəl­lüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı San­thı­rakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheesku­mar, 1994-cü il təvəllüdlü Gu­nasl­gar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub.

Saxlanılan şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.