Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin 22 aprel tarixində keçirilmiş test imtahanında 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin 22 aprel tarixində keçirilmiş test imtahanında 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər

Dövlət qulluğuna qəbulla bağlı nəticələr açıqlandı

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin 22 aprel tarixində keçirilmiş test imtahanında 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər

DİM-dən AzNews.az-a daxil olan məlumata görə, imtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər.

İmtahanda 73.3%-i müvəffəqiyyət əldə edən Azərbaycan Turizm İnstitunun məzunları ən yüksək nəticəni göstərib. Belə ki, Turizm İnstitunun 15 məzunundan 11 nəfər sertifikat almaq üçün tələb olunan balı toplamışdır.
Azərbaycan Dövlət Neft Akademiyası məzunlarının 56.1%-i, Bakı Dövlət Universitetinin məzunlarının 53.1%-i, Azərbaycan Dövlət Aqrar Universiteti məzunlarının 52.9%-i, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 50.9%-i, Sumqayıt Dövlət Universitetinin məzunlarının 50%-i imtahandan uğurla keçib.