Bakının mərkəzində, Həsən Əliyev küçəsində çökən yol təmir edilib. Bakının mərkəzində, Həsən Əliyev küçəsində çökən yol təmir edilib.

Bakıda çökən yolla bağlı açıqlama

Bakının mərkəzində, Həsən Əliyev küçəsində çökən yol təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzNews.az-a açıqlamasında bildirib ki, yolda çökmə olmayıb: "Sadəcə həmin yol deşilmişdi. Bu barədə məlumat yayılan kimi əməkdaşlarımız hadisə yerinə baxış keçirib və problem həll olunub. Yol bağlanmadı, problem yaranmadı. Sadəcə yolda bir dəlik əmələ gəlmişdi ki, onu da aradan qaldırdılar".

A.Nəcəfli bildirib ki, həmin yoldakı problemə səbəb atmosfer yağıntıları olub: "Atmosfer yağıntısından yolda dəlik əmələ gəlmişdi. Başqa heç nə yox idi"