Əhməd Əhmədzadə vəd verdi

“Daşqınların qarşısını almaq üçün tədbirlər görülür”

"İndiyə qədər azalma baş vermişdi, amma son vaxtlar müəyyən çoxalmalar baş verib". Bunu Modern.az-a eksklüziv açıqlamasında "Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.

Kür-Arazın daşma təhlükəsinin olub-olmaması ilə bağlı Ə. Əhmədzadə qeyd edib ki, bu istiqamətdə işlər gedir. "Suyun səviyyəsi qalxan zaman onun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür, eyni zamanda mühafizə işləri aparılır. Həmçinin yerimiz o qədər çoxdur ki, hər hansısa bir daşqın baş verərsə, bunu göllərə yönəltməkdə mümkündür".

Hər hansısa bir təhlükənin gözlənilməsinə gəlincə, Ə. Əhmədzadə təbiət hadisələri barədə əvvəlcədən heç bir söz demək mümkün olmadığını vurğulayıb. "Ola bilər ki, gözlənilmədən suyun səviyyəsi qalxsın. Hər halda biz bunun üçün qabaqlayıcı tədbirlər görmüşük. Hal-hazırda keçən illə müqayisədə Kür çayında suyun səviyyəsi artıb. Qış boyu isə su bu qədər deyildi. Belə olmasına baxmayaraq, heç bir qorxumuz yoxdu", – deyə Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vurğulayıb.

AzNews.az