Nərimanovda tədbir - Fotolar

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində Mülki müdafiə vəziyyətinin kompleks yoxlanmasının təşkili barədə tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin birinci müavini Şahmar İbadov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin təşkili Baş İdarəsinin rəis müavini, komissiyanın sədri, polkovnik Cavanşir Haşımov, polkovnik Qüdrət Ağayev, polkovnik Fərhad Səmədov, İcra Hakimiyyəti və İdarənin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, qaz və elektrik enerjisi təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov rayonda mülki obyektlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat vermiş, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışıb.

Ş.İbadov dövlətimimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində uğurla həyata keçirilən sistemli və köklü islahatların Azərbaycanı regionda və dünyada lider dövlətə çevirdiyini, bu uğurların əldə olunmasında dünyanın inkişaf etmiş ölkələrinin fövqəladə hallar strukturları ilə müqayisə olunan ölkəmizin FHN-nin və onun peşəkar şəxsi heyətinin də mühüm rol oynadığını bildirib.

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin təşkili Baş İdarəsinin polkovniki Qüdrət Ağayev çıxış edərək bir sıra statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmış, mülki müdafiə işinin təşkilinin əhəmiyyətindən və bu prosesdə qarşıya çıxan problemlərin həll yollarından danışıb.

Tədbirdə diqqətə çatdırılmışdır ki, mülki müdafiə işləri bir çox ölkələrə ödənişli şəkildə həyata keçirildiyi halda, Azərbaycan Respublikasında ölkə rəhbərliyinin diqqəti nəticəsində Mülki Müdafiə Sistemləri optimal şəkildə qurulmuş və baş verə biləcək hər hansı hadisənin yaranma səbəblərinin minimuma endirilməsinə və artıq baş vermiş hadisənin təsirinin effektiv və qısa müddətə aradan qaldırılmasına xidmət edir.

Tədbirdə rayonun Fövqəladə Hallar Komissiyasının yerli özünüidarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının rayonda əhalinin və ərazinin fövqəladə hadisələrdən mühafizəsinin təmin etmək üçün mülki müdafiə işinin tədrisi, təşkili, baş verə biləcək fövqəladə hadisələrinin qarşısının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və nazirliyin yerli orqanı olan Nərimanov Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərərək operativ tədbirlərin həyata keçirilməsinə hər an hazır olmalarının vacibliyi vurğulanıb, həmçinin gələcəkdə bu cür əməkdaşlığın daha da məqsədəmüvafiq formada davam etdiriləcəyinə əminlik ifadə olunub.

Yekunda Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov may ayı ərzində rayonda əlamətdar günlərlə əlaqədar olaraq keçiriləcək tədbirləri rayon ərazisində yerləşən təşkilat rəhbərlərinin diqqətinə çatdırmış və FHN Mülki Müdafiə İşinin təşkili Baş İdarəsinin əməkdaşları tərəfindən Mülki müdafiə vəziyyətinin kompleks yoxlanması prosesində onlara yardımçı olmağın əhəmiyyətini vurğulayıb.

image description