Mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21600 rubl saxta əskinas verərək 560 manatını aldığını bildirib. Mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21600 rubl saxta əskinas verərək 560 manatını aldığını bildirib.

Masallı sakini saxta pulla saxlanıldı

Mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21600 rubl saxta əskinas verərək 560 manatını aldığını bildirib.

AzNews.az DİN-ə stinadən xəbər verir ki, təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin sərnişin qismində mindiyi “Mercedes” markalı avtomobil müəyyən edilib. Həmin nəqliyyat vasitəsi müraciətdən 1 saat sonra Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki postunda yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Saxta əskinasları verməkdə şübhəli bilinən Masallı rayon sakini Azad Atəmli Qazax RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.