Autizm sindromlu yeniyetmələrin çalışdığı kafedə görüş: Autizm - Bizdən Biri (Fotolar)

Dövlət, vətəndaş cəmiyyəti və media nümayəndələri mayın 2-də “KAŞALATA Kafe”də toplanıb.

Yeniyetmə Autizm Sindromlu uşaqlara peşə öyrədilməsi məqsədilə fəaliyyət göstərən Azərbaycanda yeganə Atelye olan “KAŞALATA Kafe”də görüş Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “İnternyus Azərbaycan” təşkilatının təşəbbüsü ilə təşkil olunub.

Görüşün məqsədi Autizm Sindromlu xüsusi qayğıya ehtiyacı olan yeniyetmələrin xüsusi peşə təlimləri nəticəsində xidmət göstərdiyi və iş bacarıqlarını sərgilədiyi yeganə məkan “Kaşalata Kafe”ni ictimaiyyətə tanıtmaq və vətəndaş cəmiyyətinin diqqətini Yeniyetmə Autizm Sindromlu uşaqlara yönəltmək olub.

Autizm sindiromlu yeniyetmələrin öz əlləri ilə hazırldıqları şirniyyatların sunulduğu tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat İlham Məmmədov, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aidə Ələkbərova, bir sıra vətəndaş cəmiyyəti və media nümayəndələri qatılıb.

Tədbirə dəstək verən “Mado Azərbaycan” restoranlar şəbəkəsi və “Papa John's” pizza şəbəkəsi autizm sindiromlu yeniyetmələrə xüsusi hədiyyələr təqdim edərək, onlara məxsusi təcrübə proqramlarında iştirak təklif ediblər.

Qeyd edək ki, “Birgə və Sağlam İctimai Birliyi”nin üç illik layihəsi olaraq fəaliyyət göstərən “KAŞALATA Kafe” Atelyedə Autizm sindromlu yeniyetmələr müəllimlərinin nəzarəti ilə xüsusi fəaliyyət cədvəlləri əsasında peşə təlimi görərək iş öyrənir, gördüklərin işdən zövq alır, yeni kəşflər edir, yeni insanlar tanıyırlar.

AzNews.az

image description image description image description image description image description