Heyvanların kəsimi üzrə ixtisaslaşmış müəssisələr yaradılacaq - Video

"Azərbaycanda ət kəsimi sahəsində inqilabi dəyişikliklər olmayacaq. Sadəcə zamanla ət kəsimi məntəqələri istifadəyə veriləcək və heyvanlar burada kəsilərək satış yerlərinə gətiriləcək''.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu açıqlamanı qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzli verib. Onun sözlərinə görə, qurban bayramında da gigiyenik qaydalara riayət edilməsinə ciddi nəzarət olunacaq.

''Şəhərlərdə satış yerlərində ət kəsimi birdəfəyə qadağan edilməyəcək''. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, hazırda investorlarla bölgələrdə və paytaxt ətrafı ərazilərdə ət kəsimi yerlərinin açılması üçün danışıqlar aparılır.

Qoşqar Təhməzlinin sözlərinə görə, bu kəsim məntəqələri xüsusi laboratoriyalarla təchiz ediləcək və orada ətin təhlükəli infeksiya daşıyıcısı olub-olmadığı dəqiqliklə öyrəniləcək. Agentlik sədrinin sözlərinə görə, bu tələblərin ətin qiymətinə təsir göstərəcəyi gözlənilmir.

Bundan başqa, Qurban bayramı ərəfəsində gigiyenik normalara əməl edilməsinə də bu qurum tərəfindən nəzarət ediləcək, heyvanların xüsusi kəsim yerlərində kəsilməsi üçün işlər görüləcək.

Qeyd edək ki, bütün tədbirlərin görülməsində əsas məqsəd insan sağlamlığı üçün təhlükə törədə biləcək virusların heyvanlardan insanlara keçməsinin qarşısını almaqdır.