- Köhnə - Cəmiyyət
- 4 May 2018 15:22
- 4 354
Xidmət rəisindən qərar - 3 idarə rəisi işdən çıxarıldı
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Sənan Nəcəfov məlumat yayıb.
O bildirib ki, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və İnformasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.
İşdən çıxarılanlar arasında həmçinin Daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.
AzNews.az