Milli Məclisin deputatları Gürcüstanda Azərbaycan icması ilə görüş keçirib

Milli Məclisin deputat qrupunun Gürcüstana səfəri başlayıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerli icma ilə görüş keçirib.

Görüşdə Azərbaycan icmasını təhsil və digər sahələrdə narahat edən məsələlər barədə müzakirə aparılıb.