Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.

QMİ Ramazan təqvimini açıqladı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.

“Report” xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsak və iftar vaxtları qeyd olunub.

Təqvimdə eyni zamanda, Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək. İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq.

Qeyd edək ki, şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.

AzNews.az