- Köhnə - Cəmiyyət
- 3 İyun 2018 10:39
- 2 887
Mingəçevirdə qanunsuz silah gəzdirən şəxs tutuldu
Mingəçevir şəhər sakini qanunsuz silah gəzdirdiyi üçün saxlanılıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 41 yaşlı Vaqif Hüseynov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd 12 kalibrli, lüləsi kustar üsulla kəsilmiş odlu silah, 357 ədəd pulemyot mərmisinin olduğu sink qutu və 20 ədəd avtomat mərmisi aşkarlanaraq götürülüb.
Qeyd edək ki, saxlanılan V. Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb.