Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıdakı zavodda yanğınla bağlı məlumat yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıdakı zavodda yanğınla bağlı məlumat yayıb.

Nazirlik təkər zavodundakı yanğınla bağlı araşdırma işlərinə başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıdakı zavodda yanğınla bağlı məlumat yayıb.

AzNews.az-a Nazirlikdən bildirilib ki, iyunun 3-də Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.

ETSN-in əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başlanılıb. Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb.

Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.