“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib. “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib.

Misirdə yaşayan Azərbaycanlılar bayram münasibətilə bir araya gəlib - Foto

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib.

Birlikdən AzNews.az-a verilən məlumata görə, tədbirdə səfirliyin nümayəndələri, Misirdə yaşayan azərbaycanlı ailələr və təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən birliyin sədri tədqiqatçı - alim Seymur Nəsirov qarşıdan gələn Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edərək 23 il ərzində Misirdə yaşadığı müddətdə Azərbaycanı tanıtmaq məqsədilə apardığı elmi araşdırmalar və təbliğatlar haqqında geniş söhbət açıb. Xüsusilə də diaspora sədri seçiləndən sonra son illər ərzində birlik tərəfindən Azərbaycan həqiqətlərinin təbliğatı məqsədilə Misir universitetlərində ,televiziya,radio və qəzetlər vasitəsilə görülən işlərdən danışıb.

Tədbirdə iştirak edən Azərbaycanın MƏR-dəki səfirliyin 3-cü katibi Dr. Emil Rəhimov çıxışında qarşıdan gələn Ramazan Bayramı münasibətilə tədbir iştirakçıları təbrik edərək hər zaman cənab səfirTural Rzayevin Misirdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan bəhs edib. “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi nümunəvi bir təşkilat olduğunu qeyd edərək onun son illədəki fəaliyyətindən danışıb. Xüsusilə də Misirin mötəbər universitetlərində 600 dən çox tələbəyə Azərbaycan dilinin tədrisi ilə yanaşı, Azərbaycan həqiqətlərini təbliğ etməsi və diaspora mərkəzində Azərbaycan və Ərəb dilləri, xəttatlıq və dekorasiya fənnləri başda olmaqla dünyanın müxtəlif ölkələrindən gələn 130 dan çox tələbənin təmənnasız tədris olunması təqdirtə layiq olduğunu qeyd etmişdir. Bu fəaliyətlər ölkəmizi tanıtdırmaqda mühüm amillərdən biri olduğunu diqqətə çatdırıb.

Birliyin sədr müavini Ceyhun Xəlilov belə tədbirlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu görüşlərin mütəmadi şəkildə keçirilməsi Azərbaycanlılar arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Tədbirin sonunda, iftar süfrəsindən sonra uşaqlara hədiyyələr təqdim olunub.

image description image description image description image description