"Maşın” şousunun qalibləri arasında dava düşüb. "Maşın” şousunun qalibləri arasında dava düşüb.

"Maşın”da dava - Roza Zərgərli Hüseynə stəkan atdı (Video)

"Maşın” şousunun qalibləri arasında dava düşüb.

AzNews.az xəbər verir ki, maşın ətrafında qalan Hüseyn ilə Roza arasında mübahisə düşüb.

Müğənni bloggerə “demişdin ki, sənə görə əlimi çəkərəm. Bura kimi mənim səbəbimə gəlmisən”,- deyə onu xəbərçilikdə ittiham edib. Bundan əsəbiləşən Hüseyn isə “ölsəm də əlimi çəkməyəcəm”,- deyə mahnı oxumağa başlayıb.

Əsəbləri tarıma çəkilən müğənni ondan mahnı oxumamasını tələb etsə də qarşı tərəf ona əhəmiyyət verməyib. Bu zaman Roza Əzizoğluna maşının üstündə olan stəkan, meyvəni ona atıb.

Qeyd edək ki, mayın 29-dan yayımlanan “Maşın” realiti-şousu öz işini başa çatdırıb. İyunun 15-də isə qalibə maşının açarları təqdim olunacaq.

Görüntüləri sizə təqdim edirik:

Bahar RÜSTƏMLİ

AzNews.az