Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq.

“Silahlı Qüvvələrin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq”

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə deyib.

Nazir qeyd edib ki, qarşıdan çox tarixi bir gün - Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi gəlir:

"Biz bu 100 illiyə yüksək göstəricilərlə qədəm qoyuruq, cəbhədəki uğurlarımızla gəlirik. 2016-cı ilin aprelində düşmənə, onun təxribatına layiqli cavab verdik. Bir neçə gün bundan əvvəl isə Naxçıvan istiqamətində əməliyyat aparıldı, 11 min hektar ərazi azad edildi".

Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.

AzNews.az