Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan NİDA Vətəndaş hərəkatının üzvləri və idarə heyətinin üzvü Rəşad Həsənov Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan NİDA Vətəndaş hərəkatının üzvləri və idarə heyətinin üzvü Rəşad Həsənov Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb

NİDA-çılar MTN-dən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan NİDA Vətəndaş hərəkatının üzvləri və idarə heyətinin üzvü Rəşad Həsənov Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb



"Qafqazinfo" xəbər verir ki, bunu BBC Azərbaycancaya Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev verib: "Martın 19-da keçirilən məhkəmədə də qərar verilmişdi ki, Rəşad Kürdəxanıdakı istintaq təcridxanasına köçürülsün. Amma biz səs küy salandan sonra onu martın 20-də köçürüblər. Dünən bizim xəbərimiz olub".

Amnesty İnternational təşkilatı həbs olunan hər 4 N!DA-çını "vicdan məhbusları" elan edib.
Mustafayevin sözlərinə görə, müvəkkili ilə bayramdan sonra görüşmək mümkün olacaq:
"Çünki biz məktubda dəyişiklik etməliyik, həm də bayram günüdür deyə poçtlar işləmir. İş günü başlayandan sonra martın 25, ya da 26-sı onla görüşməyə çalışacam".

NİDA İdarə heyətinin üzvü Rəşadət Həsənov BBC Azərbaycancaya deyib ki, Həsənov hələlik yalnız vəkillə görüşməlidir:

"Prosedura görə ailə üzvləri ilə görüş verilmir. Amma lazım olan paltar, geyim və kitabı vəkil vasitəsilə göndərə biləcəyik".

AzNews.az