Britaniyanın “The Economist Intelligence Unit” araşdırma mərkəzi 2012-ci il üçün dünya ölkələrinin demokratiya indeksini açıqlayıb. Britaniyanın “The Economist Intelligence Unit” araşdırma mərkəzi 2012-ci il üçün dünya ölkələrinin demokratiya indeksini açıqlayıb.

Azərbaycan avtoritar rejimli ölkələr sırasında

Britaniyanın “The Economist Intelligence Unit” araşdırma mərkəzi 2012-ci il üçün dünya ölkələrinin demokratiya indeksini açıqlayıb.


Britaniyanın nüfuzlu analitik mərkəzi olan "The Economist Intelligence Unit" dünya ölkələrində demokratiyanın vəziyyətinə dair növbəti illik hesabatını yayıb.

"Democracy Index 2012" araşdırmasına daxil edilmiş 151 ölkə dörd kateqoriyaya bölünür: demokratik, natamam demokratik, hibrid rejimli və avtoritar rejimli.

Azərbaycan siyahıda 139-cu yeri tutmaqla "avtoritar rejimli ölkələr" kateqoriyasında yer alır. Hesabat çoxsaylı ekspert rəyləri, ictimai rəy sorğuları, seçki prosesi və siyasi plüralizmin vəziyyəti, siyasi mədəniyyət və vətəndaş azadlıqları kimi 60-a yaxın kateqoriya əsasında hazırlanıb.

Azərbaycan 3.15 balla 139-cu yeri tutur. Ölkəmizin reytinq qonşuları isə Yəmən (140) və Qətərdir(138). Toqo, Kamerun, Ruanda, Qambiya, Kot de-İvuar və Svazilend krallığı kimi Afrika ölkələrinin göstəriciləri belə Azərbaycana nisbətən yüksəkdir.

Keçmiş sovet respublikalarından Rusiya (122), Belarus (141), Qazaxıstan (143), Özbəkistan və Türkmənistan (161) da "avtoritar rejimli ölkələr" kateqoriyasındadır. Ermənistan və Gürcüstan isə "hibrid rejimli ölkələr"ə aid edilib. Ermənistan 114-cü yerdə göstərilir.

Hesabata görə dünyanın ən demokratik ölkəsi Norveçdir, ilk onluğa İsveç, İslandiya, Danimarka, Yeni Zelandiya, Avstraliya, İsveçrə, Kanada, Finlandiya, Niderland, ABŞ və Böyük Britaniya da daxildir.

AzNews.az