İyulun 1-də saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb. İyulun 1-də saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb.

Şabranda meşə sahəsində yanğın söndürüldü - Yenilənib

İyulun 1-də saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb.

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, yanğın Şabran meşəbəyliyinin Pirəbədil meşə sahəsinin 14 saylı meşə dolayının 3 hektara yaxın ərazisini əhatə edib. Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

ETSN vətəndaşlardan xahiş edir ki, yay mövsümündə təbiətdə olarkən odla ehtiyatlı davransın, yanğın təhlükəsizliyi normalarına riayət etsin.

***

Bu gün saat 14:00 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın güclü külək nəticəsində sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib.

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-in Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.