Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 iyunda Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (9 və 11-ci sinif) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 iyunda Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (9 və 11-ci sinif) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

62 227 şagirdin yekun attestasiyası aparılıb - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 iyunda Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (9 və 11-ci sinif) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Mərkəzdən verilən məlumata görə, artıq DİM tərəfindən bu imtahanlarda iştirak edən 62 227 şagirdin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” sisteminə daxil edilib.

Şagirdlərinin yekun qiymətləri məlum olan ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin məzunlara verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Qeyd olunub ki, hazırda Mərkəz tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Qiymətlər tezliklə “Şagird-məzun” sisteminə daxil ediləcək.

AzNews.az