İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi bir daha göstərdi ki, bir neçə gün əvvəl törədilən terror hadisəsi təsadüfi deyil və bəzilərinin təqdim etməyə çalışdığı kimi, məişət zəminində baş verməyib. İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi bir daha göstərdi ki, bir neçə gün əvvəl törədilən terror hadisəsi təsadüfi deyil və bəzilərinin təqdim etməyə çalışdığı kimi, məişət zəminində baş verməyib.

Heç bir qüvvə Azərbaycanda xalq-iqtidar birliyini sarsıda bilməz - Hikmət Babaoğlu

İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi bir daha göstərdi ki, bir neçə gün əvvəl törədilən terror hadisəsi təsadüfi deyil və bəzilərinin təqdim etməyə çalışdığı kimi, məişət zəminində baş verməyib.

Aznews.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğluna məxsusdur.

Deputatın sözlərinə görə, bu hadisə antiazərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş məqsədyönlü terror hadisəsidir və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəlib. Baş vermiş terror hadisəsindən dərhal sonra sosial şəbəkələrdə və bəzi internet resurslarında terrorçudan zərərçəkən obrazının yaradılmasına cəhdlərin olması, uzun illərdir Azərbaycana qarşı ermənilərlə birlikdə fəaliyyət göstərən xaricdəki passiv terrorçuların birdən-birə fəallaşması, separatçı Əlikram Hümbətovun terrorçunun hüquqlarını müdafiə komitəsi yaratması və sair kimi hadisələr belə qənaətə gəlməyə əsas verir ki, bütün bunlar bir mərkəzdən əlaqələndirilən və ölkəmizdə xaos və qarşıdurma yaratmağı qarşılarına məqsəd qoyan ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları hadisələrdir.

H.Babaoğlu deyib ki, son məqsəd Yaxın Şərqin müsəlman ölkələrinə tətbiq edilən idarəolunan xaos siyasətini Azərbaycana transfer etməklə ölkəmizi terror poliqonuna çevirmək və beləliklə, Dağlıq Qarabağ problemini birdəfəlik unutdurmaqdır:

"Ancaq hadisələrin inkişafı göstərdi ki, bu məkrli planı Azərbaycanda həyata keçirmək heç də o qədər asan məsələ deyil. Çünki hər şeydən öncə Azərbaycanda funksional dövlət institutları, kifayət qədər səmərəli fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları və nəhayət, əmin-amanlığı təmin etməyə qadir olan hüquq mühafizə orqanları var. Ən əsası isə Azərbaycanda artıq ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi mövcuddur. Elə ölkəmizdə sabitliyin əsasında da Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının iradəsi dayanır. Kim bu iradəyə qarşı çıxacaqsa mütləq layiqli cəzasını alacaq. Çünki xalqımız bir daha ötən əsrin 90–cı illərinə, vətəndaş müharibəsinə, torpaqlarımızın itkisi ilə müşahidə olunan xaosa qayıtmaq istəmir və buna heç vaxt yol verməyəcək.

Deputat əlavə edib ki, terrorçuların istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün hər bir vətəndaşın tələbi və istəyi ondan ibarətdir ki, Azərbaycanı Suriyalaşdırmaq istəyən radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər. Ona görə də hüquq mühafizə orqanlarımız tərəddüd etmədən cinayətkar ünsürləri dərhal cəzalandırmalıdırlar. Bu, Azərbaycan cəmiyyətinin sosial sifarişi və tələbidir.

Elgün
AzNews.az