- Köhnə - Cəmiyyət
- 12 İyul 2018 15:52
- 2 863
Bakının əsas küçələrinin birində yol hərəkətinin təşkili dəyişdirilir - Foto
Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yolötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla bağlı hazırlanan layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq.
AzNews.az