Sabiq millət vəkili həbsxanada nə oxuyur? Sabiq millət vəkili həbsxanada nə oxuyur?

Gülər Əhmədova oğlundan xəbərsizdir

Sabiq millət vəkili həbsxanada nə oxuyur?



Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun qolunun sınaraq hospitala yerləşdirilməsindən xəbəri yoxdur. Bayram günləri olduğundan vəkili Raqif Mustafayevin Gülər Əhmədova ilə görüşünə icazə verilmədiyindən vəkil hazırda təcridxanada saxlanan keçmiş millət vəkilini oğlu ilə bağlı xəbərdar edə bilməyib. Bu məlumatı AzNews.az-a vəkil Raqif Mustafayevin özü deyib.

Vəkilin sözlərinə görə, G. Əhmədovanın oğlu ilə bağlı xəbərlərdən mətbuat vasitəsilə xəbər tutması mümkündür: "Ancaq Gülər xanım abunə olduğu qəzetin ona gec çatdırılmasından şikayətlənir. Buna görə də bayram günlərində onun qəzet oxumaq imkanının olduğunu düşünmürəm. Gülər Əhmədovanın oğlundan xəbərdar olub-olmadığının söyləmək çətindir".

G. Əhmədovanın təcridxanada hansı qəzeti oxumasına gəlincə isə, R. Mustafayev bildirib ki, keçmiş millət vəkili "Yeni Müsavat" qəzetinə abunə yazılıb.

Elnarə Əlosmanqızı
AzNews.az