Şirvanda toyda qətl törətdi - Mingəçevirdə saxlanıldı

Şirvanda toyda qətl törədərək hadisə yerindən qaçan şəxs saxlanılıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, iyulun 9-da axşam saatlarında Şirvan şəhərində toyda qətl törədən Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərov Fuad Əli oğlu Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, iyulun 9-da Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb və hadisə yerində dünyasını dəyişib. Şadlıq sarayının kameralarının görüntülərini araşdıran istintaq qrupuna məlum olub ki, qətli F. Əsgərov törədib.