- Köhnə - Cəmiyyət
- 25 Mart 2013 13:22
- 3 713
“İnternet-milyonerlər” anlayışları gündəmə gələcək - Osman Gündüz
İnternet-biznesin inkişafı ilə bağlı @startupaze tərəfindən konfrans keçiriləcək. Bununla bağlı məlumatı internet sahəsində tanınmış mütəxəssis Osman Gündüz "facebook" səhifəsində yayıb. Artıq konfransa hazırlıq işlərinə başlanıldığını vurğulayan O.Gündüz bildirib ki, Milli StartUpların inkişaf problemləri, beynəlxalq təcrübə, yerli investorların İnternet biznesə laqeydliyi və s. ətrafında müzakirələr nəzərdə tutulur.
"İnternetdən pul qazanmaq və İnternet biznesə pul yatırmaq istəyənlər diqqətli olsunlar" - deyə xəbərdarlıq edən O.Gündüz ümid edir ki, bu ildən fəaliyyətə başlayan StartUp Azərbaycan - www.startup.az hərəkatı ölkədə Internet-biznes sahəsində şəraiti müsbət istiqamətdə dəyişə biləcək:
"Ümid edirik ki, investorlarımız nəhayət fərqində olacaqlar ki, biznes təkcə tikintidə, ya ticarətdə, ya da şadlıq evlərində deyil. Qonşu ölkələrdə olduğu kimi bizdə də "İnternet-milyonerlər" anlayışları gündəmə gələcək. Qəribədir ki, əksər inkişaf etmiş ölkələrdə xeyli müddətdir ki, təxminən situasiya belədir. StartUplar var amma pul problemdir, lakin uzun müddətdir ki bizdə pul var, amma StartUplar yoxdur".
Gültəkin
AzNews.az