Iyulun 18-də Daxili İşlər Nazirliyinin “1022 Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz şəhəri, F.Ələkbərov küçəsində mərminin tapılması barədə məlumat daxil olub. Iyulun 18-də Daxili İşlər Nazirliyinin “1022 Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz şəhəri, F.Ələkbərov küçəsində mərminin tapılması barədə məlumat daxil olub.

Tovuzda hərbi sursat aşkarlanıb - Foto

Iyulun 18-də Daxili İşlər Nazirliyinin “1022 Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz şəhəri, F.Ələkbərov küçəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamış hərbi sursat (1 ədəd PQ-7L raketi, 1 ədəd 23 mm-lik zenit top mərmisi (BZT) və 1 ədəd 12.7 mm-lik patron) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış hərbi sursatların tapıldığı yerin ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzNews.az

image description image description