Baş nazir jurnalistləri təbrik edib

Baş nazir Novruz Məmmədov Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan media nümayəndələrini təbrik edib.

AzNews.az xəbər verir ki, Novruz Məmmədov KİV nümayəndələrinə çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıb:

“Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini – jurnalistlərimizi təbrik edir, onlara bu çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, KİV nümayəndələri mübarizələrini və qarşılarında duran vəzifəni müstəqilliyimizin, dövlətçiliyimizin və qazandığımız nailiyyətlərin qorunması, daha da inkişafı və möhkəmləndirilməsi naminə bundan sonra da əzmlə davam etdirəcəklər”.

Bahar RÜSTƏMLİ
AzNews.az