- Köhnə - Cəmiyyət
- 23 İyul 2018 15:54
- 2 482
Lerikdə 2 tona yaxın xaşxaş kolu məhv edilib
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolların yabanı halda bitdiyi sahə aşkar olunub.
DSX-nin mətbuat mərkəzindən AzNews-a verilən məlumata görə, 2018-ci ilin 19 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Lerik rayonunun Orand və Hildərə kəndlərinin sərhəd xəttinə yaxın ərazilərində aqrotexniki qulluq olunmamış 78560 ədəd, ümumi çəkisi 1960 kiloqram xaşxaş kolunun yabanı halda bitməsi müəyyən edilib.
Qeyd olunan xaşxaş kolları yerli icra nümayəndəliyi, Lerik rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.