Bakıda “Children is our future” adlı I Beynəlxalq Folklor Festivalı keçirilib. Bakıda “Children is our future” adlı I Beynəlxalq Folklor Festivalı keçirilib.

Bakıda I Beynəlxalq Folklor Festivalı keçirilib

Bakıda “Children is our future” adlı I Beynəlxalq Folklor Festivalı keçirilib.

AzNews-un məlumatına görə, festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir.

İyulun 21-də "Spring otel"də Festivalın acılış mərasimi baş tutub. Festivalda Azərbaycanı, Hindistanı və Gürcüstanı təmsil edən “Aysel”, “Bobby”, “Vardiza” rəqs qrupları iştirak ediblər.

Fərqli üslubda və peşəkarlıqla ifa edilən rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın yekun qala konserti iyulun 22-si Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində baş tutub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az