Gürcüstanda azərbaycanlı heroinlə saxlanılıb

Gürcüstanın Kvemo Kartli bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, saxlanılanlardan biri Qardabani rayonunun Ağtəhlə kənd sakini 1975-ci il təvəllüdlü M. B. adlı şəxsdir.

Onun üzərində axtarış zamanı 3 bağlama heroin aşkar olunub.