Bu gün Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri, Beynəlxalq jurnalistika kafedrasının siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın doğum günüdür. Bu gün Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri, Beynəlxalq jurnalistika kafedrasının siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın doğum günüdür.

“Zəngini gözlədiyim yox, zəngimi gözləyənim var“- BDU mətbuat xidmətinin rəhbəri

Bu gün Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri, Beynəlxalq jurnalistika kafedrasının siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın doğum günüdür.

2000-ci ildən BDU-nun Mətbuat xidmətində işləyən Pərvanə xanım 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında KİV-in inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb, müxtəlif müsabiqələrdə bir neçə dəfə "İlin mətbuat xidməti" nominasiyasının qalibi olub. 20-dək elmi məqalənin, 6 kitabın və 200-dək publisistik məqalənin müəllifidir. 2017-ci ildə BDU rektoru, akademik Abel Məhərrəmov tərəfindən Fəxri Fərmanla təltif edilib.

Pərvanə İbrahimova ad günü təəssüratlarını AzNews.az-a danışıb:

- Ötən yaşınızda həyatınızda və işinizdə nə kimi uğurlarınız oldu?

- Məni tanıyan insanlar, iş yoldaşlarım, doğmalarım ailəmə və bir o qədər də işimə bağlı olduğumu yaxşı bilirlər. İş və ailə məsuliyyəti, hər birinə qarşı nümayiş etdirdiyim həssaslıq, sevgi, hörmət, bağlılıq, təbii ki, uğurlu sonucla başa çatır. Bir sözlə, ötən il ondan əvvəlki illərdə olduğu kimi həm ailə, həm də iş həyatımda uğurlu olub.

- Yeni yaşınızda hansı planlarınızı həyata keçirmək istəyirsiniz?

- Planlarım üzünvədəli olsa da, qarşıdakı il üçün nəzərdə tutulmuş bəzi işlər var. Perspektivli, savadlı, işi mükəmməl bir komandaya sahibik və belə bir heyətlə planlarımızı zaman-zaman həyata keçirəcəyik.

- Doğum gününüzü təmtəraqlı, yoxsa sadə keçirməyi xoşlayırsınız?

- Əslində təmtərağı sevən insan deyiləm, sadəliyə, səssizliyə üstünlük verirəm. Doğum günümdə yanımda doğmalarımın, sevdiklərimin və məni sevənlərin olmasını istəyirəm və çox şükür ki, buna da nail oluram. Bu gün dost-tanışdan, doğma Bakı Dövlət Universitetinin çox dəyərli kollektivindən, Mətbuat və informasiya şöbəsinin sevimli işçilərindən, Jurnalistika fakültəsinin əməkdaşlarından, tələbə və məzunlarından, sosial şəbəkələrdəki dostlardan, həmkarlardan təbrik mesajları, insanı duyğulandıracaq, düşündürəcək çox qiymətli sözlər eşitmişəm. Sevildiyini, ömrünün, illərinin hədər getmədiyini bilmək, duymaq çox gözəl hisslərdir.

- Ad gününüzdə xüsusi zəgini, təbrikini gözlədiyiniz kimsə olurmu?

- Zəngini gözlədiyim yox, zəngimi gözləyənim var. O şəxs anamdır. Tək mən yox, bacı-qardaşlarım da ad günümüzdə ilk olaraq anama zəng edirik. O, bizi, biz də onu təbrik edirik.

- Yaşadığınız ömrünüzü necə qiymətləndirsiniz, həyatınızdan razısınızmı?

- Gözəl ailəm, övladlarım, məni başa düşən, işimi qiymətləndirən, dəyərləndirən həyat yoldaşım, hər zaman yanımda olan atam-anam, bacı və qardaşlarım var. Sevdiyim iş və gözəl dostları da əlavə etsək, hər şey mükəmməldir deyə bilərəm. Həyatımdan razıyam.

Səidə NURMƏMMƏDLİ
AzNews.az